IMG-LOGO

Dəfndə bunu da gördük - Yarıçılpaq rəqs etdi - VİDEO

11 Jul 2026 10:47 3 baxış
IMG
3 0

Niderlandın paytaxtı Amsterdamda keçirilən dəfn mərasiminin qeyri-adi formatı gündəmə gəlib. Uzun illər şəhərin məşhur "Red Light" məhəlləsində gecə klubu işlədən ər-arvad son mənzilə peşəkar rəqqasənin çıxışı ilə yola salınıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mərasim Amsterdamdakı krematoriumunda baş tutub.

1993-cü ildə vəfat edən gecə klubu sahibinin məzarı ailəsinin istəyi ilə açılıb. Onun qalıqları bu yaxınlarda vəfat edən həyat yoldaşı ilə birlikdə eyni gündə krematoriuma gətirilib. 

Mərasim zamanı "dirək rəqqası" kimi tanınan qadın mərhumun ailə üzvlərinin və qonaqların qarşısında məşhur "The Show Must Go On" mahnısının sədaları altında çıxış edib.

Dəfn mərasiminin təşkilatçısı İede Horn sosial şəbəkələrdə yayılan görüntülərdən sonra bildirib ki, bu performans kimisə təəccübləndirmək və ya diqqət çəkmək məqsədi daşımayıb.

Onun sözlərinə görə, bu, uzun illər Amsterdamın məşhur "Red Light" məhəlləsində fəaliyyət göstərən gecə klubunun sahiblərinə ehtiram əlaməti olub və mərhumların həyat tərzinə uyğun şəkildə təşkil edilib.

İede Horn qeyd edib ki, rəqs ideyası ailə üzvləri tərəfindən irəli sürülüb və onların razılığı ilə həyata keçirilib. O əlavə edib ki, ailə nəsillər boyu əyləncə sektorunda fəaliyyət göstərsə də, mərhum cütlük iş həyatını şəxsi həyatından həmişə ayrı saxlayıb.

Təşkilatçı bildirib ki, fəaliyyəti dövründə çox fərqli dəfn mərasimləri təşkil etsə də, bu mərasim onu da təəccübləndirib. Onun sözlərinə görə, çıxış edən peşəkar rəqqasə ölümdən qorxmasına baxmayaraq, həyatını bu sahəyə həsr etmiş cütlüyə fərqli şəkildə vida etmək istəyib.

Sizin brauzer video tagını dəstəkləmir. dünyadan xəbərlər dəfn Hollandiya dəfn

Mənbə: lent.az

Xəbər lenti