IMG-LOGO

Cennifer Lopes Paris Moda həftəsində: geyimi və gözəlliyi ilə hamını heyran etdi - FOTOLENT

11 Jul 2026 11:41 2 baxış
IMG
0 0

Cennifer Lopes Paris Moda Həftəsində şık görünüşü və formada olması ilə medianın diqqətini çəkməyə davam edir. 56 yaşlı ulduz bu yaxınlarda sosial media hesabında paylaşdığı yeni fotolarla diqqət çəkib. Qısa müddətdə minlərlə bəyənmə alan paylaşım əyləncə dünyasında geniş rezonans doğurub.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, moda dünyasının ən nüfuzlu tədbirlərindən biri hesab edilən Paris Moda Həftəsi bu il bir çox məşhuru qəbul edib.

Dünyaca məşhur müğənni Cennifer Lopes Parisə gələrək tədbiri ön sıradan izləyib. Cenifer Lopes Paris Moda Həftəsi zamanı qatıldığı bir çox tədbirdə geyindiyi şık geyimləri ilə diqqət çəkib.

Məşhur müğənninin 56 yaşı olmasına baxmayaraq, bədən quruluşu da təriflərə səbəb olub. Cennifer Lopes şəxsi sosial media hesabında heyrətamiz fotolar paylaşıb və şəkilləri çoxlu sayda bəyənmə alıb.

Cenifer Lopes Paris moda həftəsi

Mənbə: lent.az

Xəbər lenti