IMG-LOGO

Yeni baş məşqçidən Ronaldonun gələcəyi ilə bağlı AÇIQLAMA

11 Jul 2026 14:47 2 baxış
IMG
3 0

Portuqaliya millisinin yeni baş məşqçisi Jorje Jesuş hücumçu və milli komandanın kapitanı Kriştiano Ronaldo haqqında fikirlərini bildirib. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, məşqçi və oyunçu əvvəllər Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda birlikdə çalışıblar.

41 yaşlı Ronaldo 2026-cı il Dünya çempionatında üç qol vurub, lakin Portuqaliya 1/8 final mərhələsini keçə bilməyib.

"Kriştiano nə milli komanda, nə də mənim üçün heç vaxt problem olmayacaq. Kriştiano Portuqaliya futbolunun simvoludur. O, "Əl-Nəsr"də qalmaq istəyir və karyerasını orada başa vuracaq. Kriştiano ilə işləmək asandır", - Jesuş bildirib.

"Əl-Nəsr" 2025/2026 mövsümündə Səudiyyə Ərəbistanı çempionluğunu qazanıb.

İdman xəbərləri

Mənbə: lent.az

Xəbər lenti