IMG-LOGO

Xaçmazda sürücü sükan arxasında öldü, maşın gölə düşdü - YENİLƏNİB

11 Jul 2026 16:29 3 baxış
IMG
6 0

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz rayonu, Ağyazıbuduq kəndi ərazisində su hovuzuna içərisində 1 nəfərin olduğu avtomobilin düşməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən Lent.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb olunub.

Dalğıclar qaldırıcı kranın köməyi ilə avtomobil və içərisində olan 72 yaşlı Kərimov Rafiq Paşa oğlunun cəsədi sudan çıxarıblar.

***

13:11

Xaçmaz rayonunun Ağyazı Buduq kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, "Opel" markalı minik avtomobili idarəetməni itirərək gölə düşüb.

İlkin məlumata görə, sürücü ölüb.

Faktla bağlı araşdırma aparılır.(APA)

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti