Tsaqeri sakrebulosunun (bələdiyyə məclisi) deputatı Laşa Letodiani, Gürcüstan hüquq-mühafizə orqanlarının "oğru dünyası"nın üzvləri və əlbirləri olduğu iddia edilən şəxslərə qarşı keçirdiyi genişmiqyaslı xüsusi əməliyyat zamanı saxlanılan 26 nəfər arasında olub.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, istintaq versiyasına görə, Letodiani cinayətkarlarla əlaqədə olub, onlar arasındakı münaqişələrin həllində iştirak edib və cinayətkar iyerarxiya daxilində istifadə edilən qanunsuz nağd pul fondu olan "oğruların ümumi fondu"nun toplanmasına kömək etmiş ola bilər.
Letodiani Tsaqeri Bələdiyyə Məclisində "Xalqın Gücü" fraksiyasına rəhbərlik edir. Bu siyasi qüvvə əvvəllər hakim “Gürcü arzusu” partiyası ilə tərəfdaşlıqda seçkilərdə iştirak edib.
Prokurorluğun məlumatına görə, deputat bir neçə ay ərzində "oğruların cinayətkar aləmi"nin nümayəndələrinin fəaliyyətini dəstəkləyib, kompensasiya üçün maliyyə mübahisələrində iştirak edib və cinayətkar dəstənin başçısı Şalva Nakeuri ilə əlaqə saxlayıb. İstintaq həmçinin iddia edir ki, Letodiani hazırda xaricdə olan "qanuni oğru" Besik Caparidze ilə əlaqə yaratmağa cəhd edib.
Prokurorluğun məlumatına görə, müstəntiqlərdə münaqişə tərəflərinin borcluları qisas almaqla və qohumlarına qarşı zorakılıqla hədələmələri ilə bağlı səs yazıları var.
Prokurorluq iddia edir ki, bəzi sübutlar Letodianinin avtomobilinə quraşdırılmış dinləmə cihazı vasitəsilə əldə edilib.
Depuat özü ittihamları rədd edir. Onun vəkili bildirib ki, Letodianinin günahını inkar edir və ona qarşı irəli sürülən ittihamların mahiyyətini başa düşmür.
Tbilisi şəhər Məhkəməsi Letodiani və digər doqquz təqsirləndirilən şəxs barəsində istintaq müddətinə qədər həbs qətimkan tədbiri seçbi. Müdafiə tərəfi girov müqabilində azadlığa buraxılmasını tələb edib, lakin məhkəmə şahidlərə mümkün təzyiq, sübutların məhv edilməsi və ya qaçmağa cəhd risklərini əsas gətirərək prokurorun mövqeyini dəstəkləyib.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin "oğruların cinayətkar dünyasının" fəaliyyətinə dəstək, cinayətkar təşkilatda iştirak və qanunsuz silah ticarəti ilə bağlı maddələri ilə davam edir. Günahkar olduqları sübut olunarsa, təqsirləndirilən şəxslər 15 ilə qədər həbs cəzası ala bilərlər.
Xüsusi əməliyyat iyulun 8-də baş tutub. Hüquq-mühafizə orqanları 26 nəfəri saxlayıb, daha üç nəfərə qiyabi ittiham irəli sürüb. Müstəntiqlərin sözlərinə görə, şübhəlilərin bəziləri cinayətkar münaqişələrdə pullu vasitəçi kimi çıxış edərək, cinayətkar iyerarxiyanın yüksək vəzifəli üzvlərini cəlb edərək, tərəflərə təzyiq göstəriblər.
Deputat oğru dünyası həbsMənbə: lent.az