IMG-LOGO

DÇ-2026: Argentina yarımfinalda

12 Jul 2026 07:47 3 baxış
IMG
2 0

2026-cı il dünya çempionatında 1/4 final mərhələsinin oyunları başa çatıb. 

Lent.az xəbər verir ki, mərhələnin son qarşılaşmasında Argentina və İsveçrə milliləri üz-üzə gəliblər. 

Görüş Bakı vaxtı ilə saat 05:00-da start götürüb. Oyunda hesabı Argentina millisi açıb. 10-cu dəqiqədə Aleksis Mak Alister cənubi amerikalıları önə keçirib: 1:0.

67-ci dəqiqədə İsveçrə tarazlığı bərpa edib. Avropalıların heyətində Ndoye fərqlənib 1:1. 

90 dəqiqə ərzində başqa qol vurulmayıb və matç əlavə vaxta gedib. 

112-ci dəqiqədə Xulian Alvarez möhtəşəm zərbəylə Argentinanı hesabda önə keçirib: 2:1.

121-ci dəqiqədə Lautaro Martinez hesabı 3:1 edib.

Görüş bu hesabla başa çatıb və Argentina millisi adını yarımfinala yazdırıb. 

Qeyd edək ki, Argentina yarımfinalda İngiltərə ilə qarşılaşacaq.

DÇ-2026 1/4 final 12 iyul 05:00. Argentina – İsveçrə 3:1

Qol: Mak Alister, 10, Ndoye, 67, Alvarez, 112, L. Martinez, 121

Qırmızı vərəqə: Embolo, 72

DÇ-2026

Mənbə: lent.az

Xəbər lenti