ABŞ alimləri uzun illər yalnız “Alzheimer” xəstəliyinin əsas səbəblərindən biri hesab edilən tau zülalının əslində yaddaşın formalaşmasında da mühüm rol oynadığını müəyyən ediblər.
Lent.az xəbər verir ki, araşdırma zamanı siçanlar üzərində aparılan təcrübələr göstərib ki, tau zülalı yeni məlumatların uzunmüddətli yaddaşa çevrilməsində iştirak edir.
Alimlər bildirirlər ki, bu zülalın tamamilə aradan qaldırılması yaddaş prosesini zəiflədə bilər.
Tədqiqat müəlliflərinin sözlərinə görə, nəticələr “Alzheimer” xəstəliyinin müalicəsi üçün hazırlanan dərmanların yenidən qiymətləndirilməsinə səbəb ola bilər.
Çünki indiyədək bir çox preparat tau zülalını mümkün qədər azaltmağa yönəlmişdi. Yeni nəticələr isə göstərir ki, əsas məqsəd zülalı tamamilə məhv etmək deyil, onun patoloji formasını hədəfə almaq olmalıdır.
Alzheimer yaddaş
Mənbə: lent.az