IMG-LOGO

"Xaç atası" taxtdan endi: Tarixin ən yaxşı filmi məlum oldu

13 Jul 2026 10:14 3 baxış
IMG
0 0

Nüfuzlu kino jurnalı "Empire" oxucuların və peşəkar kino tənqidçilərinin səsverməsi əsasında hazırladığı "Tarixin 100 ən yaxşı filmi" siyahısını yeniləyib.

Lent.az  xəbər verir ki, reytinqdə birinci yeri 1975-ci ildə ekranlara çıxan Stiven Spilberqin trilleri "Çənələr" tutub.

Mənbənin məlumatına görə, uzun illər bu cür siyahılara liderlik edən Frensis Ford Koppolanın "Xaç atası" filmi bu dəfə ikinci pilləyə düşüb. Beləliklə, "Çənələr" "Şouşenkdən qaçış", "Ulduz müharibələri: İmperiya cavab zərbəsi endirir" və "Yadplanetli" kimi məşhur ekran əsərlərini də geridə qoyub.

"Çənələr" filminin süjeti Amerikanın kiçik kurort şəhərini vahiməyə salan nəhəng ağ köpəkbalığından bəhs edir. Qaniçən yırtıcını zərərsizləşdirmək üçün şəhərin şerifi, dəniz bioloqu və peşəkar köpəkbalığı ovçusu qüvvələrini birləşdirərək təhlükəli dəniz səfərinə çıxırlar.

Film təkcə süjeti ilə deyil, kino sənayesinə təsiri ilə də tarixə düşüb. Belə ki, "Çənələr" kino tarixinin ilk böyük kommersiya uğuru qazanan yay filmi hesab olunur. Açıq okeanda aparılan çəkilişlər zamanı texniki problemlər və mexaniki köpəkbalığının tez-tez sıradan çıxmasına baxmayaraq, ekran əsəri böyük büdcəli filmlərin reklam, marketinq və kinoteatrlarda nümayiş strategiyasını kökündən dəyişib.

kino film reytinq

Mənbə: lent.az

Xəbər lenti