SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi qarşıdan gələn payız-qış mövsümünə hazırlıq işlərini davam etdirir.
"Azəriqaz"dan Lent.az-a bildirilib ki, uzun illər istismarda olan, korroziyaya uğrayan qaz xətləri əvəzlənir, torpaqla təmasda olan borular dayaqlar üzərinə qaldırılır.
Hazırda Samux rayonunun iki kəndində - Seyidlər və Füzuli kəndlərində də bu cür işlər görülür.
“Azəriqaz” İB-nin Gəncə Regional Qaz İstismarı İdarəsinin baş mühəndisi İlkin Behbudovun sözlərinə görə, Seyidlər kəndinin qaz şəbəkəsinin yenidən qurulması, davamlı və keyfiyyətli təbii qazla təmin olunması üçün planlaşdırılmış işlər çərçivəsində təxminən 8 min poqonmetrə qədər müxtəlif diametrli qaz kəmərlərinin dəyişdirilməsi, yenilənməsi və təmir olunması nəzərdə tutulub.
Abonentlərin payız-qış mövsümündə mavi yanacaqdan davamlı və fasiləsiz şəkildə istifadə edə bilmələri üçün Samux rayonunun Füzuli kəndində də müvafiq işlər görülür.
Ətraflı videomaterialda:
Sizin brauzer video tagını dəstəkləmir. Azəriqaz


Mənbə: lent.az