IMG-LOGO

"Real"ın yarımmüdafiəçisi "Çelsi"yə keçə bilər

13 Jul 2026 18:10 3 baxış
IMG
0 0

Klublararası Dünya çempionatının qalibi "Çelsi" "Real"ın yarımmüdafiəçisi Eduardo Kamavinqa ilə maraqlanır.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə,  "Çelsi"nin baş məşqçisi Xabi Alonso şəxsən fransız millisinin 23 yaşlı üzvü ilə müqavilə imzalamaqda maraqlıdır.

"Kral klubu" fransız futbolçu ilə 80 milyon avroya razılaşmağa hazırdır.

Keçən mövsüm Kamavinqa "Real"ın heyətində bütün yarışlarda 43 oyunda meydana çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə edib.  

İdman xəbərləri

Mənbə: lent.az

Xəbər lenti