Ukraynanın baş naziri Yuliya Sviridenko istefa ərizəsini Ali Radaya təqdim edib.
Lent.az xəbər verir ki, bu barədə Ali Radanın sədri Ruslan Stefançuk "Facebook"da məlumat yayıb.
Onun sözlərinə görə, baş nazirin istefa ərizəsi artıq parlamentə daxil olub və məsələ yaxın vaxtlarda müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, Yuliya Sviridenko 2025-ci il iyulun 17-də baş nazir vəzifəsinə təyin olunmuşdu. Bundan əvvəl o, Ukrayna baş nazirinin birinci müavini və iqtisadiyyat naziri vəzifələrində çalışıb.
Ukraynanın Baş naziri yuliya svidirenko istefaMənbə: lent.az