IMG-LOGO

Şəkidə 23 hektar taxıl sahəsi yandı

14 Jul 2026 06:56 5 baxış
IMG
2 0

Şəkidə açıq ərazidə yanğın baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Şorsu kəndində kənd bələdiyyəsinə məxsus biçilmiş taxıl sahəsində qeydə alınıb.

Yanğın nəticəsində 23 hektar biçilmiş taxıl sahəsi yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

şəki yanğın

Mənbə: lent.az

Xəbər lenti