IMG-LOGO

Qubada 11 yaşlı uşaq kanalda boğuldu

14 Jul 2026 09:43 3 baxış
IMG
1 0

Qubada 11 yaşlı uşaq kanalda boğulub.

Hadisə rayonun Qəçrəş kəndi ərazisində qeydə alınıb.

Məlumata əsasən, 11 yaşlı X.Məmmədov qardaşı ilə birlikdə Qudyalçaya çimməyə gedib. Bildirilib ki, bir müddət sonra sahildə arılar uşaqlara hücum edib.

Bu zaman X.Məmmədov su kanalına düşüb və orada boğulub

Məlumata görə, 11 yaşlı uşağın meyiti hadisə yerindən təxminən 5 kilometr aşağıda, “Asma körpü” adlanan ərazidə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır./APA

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti