5 milyondan çox azarkeş Argentina milli komandasının Dünya çempionatından kənarlaşdırılmasını tələb edən petisiya imzalayıb.
Lent.az-ın xarici mediaya istinadən məluamtına görə, azarkeşlər Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasını (FIFA) dünya çempionu Argentinaya və xüsusən də komandanın kapitanı Lionel Messiyə qeyri-obyektiv olmaqda günahlandırıblar.
"Qalib artıq müəyyən edilibsə, dünyanın qalan hissəsi niyə Dünya çempionatında iştirak etməlidir? Argentina kənarlaşdırılsın və bütün digər komandalara bərabər şans verilsin", - petisiya mətnində vurğulanır.
Argentina iyulun 15-də Dünya çempionatının yarımfinalında İngiltərə ilə qarşılaşacaq.
İdman xəbərləriMənbə: lent.az