IMG-LOGO

Çinlilər, yaponlar və koreyalılar arasında fərq nədir? - Onlar dərhal bir-birini tanıyırlar

14 Jul 2026 16:59 3 baxış
IMG
2 0

Çinli, yapon və ya koreyalıları bir-birindən ayırmaq bir çox insan üçün çətin görünə bilər.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, mütəxəssislər bildirirlər ki, bu xalqlar öz aralarında fərqləri çox asanlıqla seçə bilirlər. Onların sözlərinə görə, fərqlər təkcə geyim, danışıq tərzi və ya aksentdə deyil, həm də üz cizgiləri, dəri tonu və digər incə xüsusiyyətlərdə özünü göstərir.

Üz quruluşu ən diqqət çəkən fərqlərdən biridir

Mütəxəssislərin fikrincə, ilk diqqət çəkən xüsusiyyət üz formasıdır. Koreyalıların üzü adətən ürək formasını və ya tərsinə çevrilmiş trapezi xatırladır. Onlarda almacıq sümükləri geniş və qabarıq olur, çənəyə doğru isə üz kəskin şəkildə daralır. V formalı çənə xətti koreyalılar üçün xarakterik əlamətlərdən hesab olunur.

Yaponların üzü isə daha yumşaq və oval formaya malik olur. Onların almacıq sümükləri nəzərə çarpsa da, koreyalılarla müqayisədə daha incə görünür. Ümumilikdə yaponların siması daha zərif və balanslı təsir bağışlayır.

Çinlilərdə isə vahid görünüşdən danışmaq çətindir. Çünki Çin 56 rəsmi etnik qrupa malik böyük ölkədir. Şimali Çində yaşayan insanların üzü daha uzun və bucaqlı, cənub bölgələrində yaşayanların sifət cizgiləri isə daha yumşaq və dairəvi olur.

Göz quruluşunda da müəyyən fərqlər var

Mütəxəssislər qeyd edirlər ki, göz forması ilə bağlı ümumiləşdirmələr apararkən stereotiplərdən uzaq durmaq lazımdır. Bununla belə, bəzi ümumi xüsusiyyətlər müşahidə edilir.

Yaponların gözləri adətən daha iri və dairəvi görünür. Onlarda ikiqat göz qapağı büküşü daha geniş yayılıb ki, bu da gözlərin daha böyük görünməsinə səbəb olur.

Koreyalıların gözləri isə çox vaxt daha ensiz, xarici küncləri isə bir qədər aşağı istiqamətlənmiş olur. Bununla belə, Cənubi Koreyada ikiqat göz qapağı əməliyyatları geniş yayıldığından gənc nəsildə bu xüsusiyyət əvvəlki dövrlərlə müqayisədə xeyli dəyişib.

Çinlilərdə göz quruluşu şimal və cənub bölgələrinə görə fərqlənir. Şimal bölgələrində yaşayanlarda gözlər daha ensiz, cənub bölgələrində isə nisbətən dairəvi olur.

Burun, çənə və dəri rəngi də fərqlənə bilər

Antropoloqlar bildirirlər ki, burun forması iqlimə uyğunlaşma nəticəsində formalaşıb. Yapon və koreyalılarda burun adətən daha ensiz və hündür olur. Çinlilərdə isə xüsusilə cənub bölgələrində burun daha enlidir.

Çənə quruluşunda da fərqlər mövcuddur. Koreyalılarda çənə daha iti və V formasında, yaponlarda isə daha yumru görünür. Çinlilərdə isə bu xüsusiyyət bölgədən asılı olaraq dəyişir.

Dəri rəngi də coğrafi mövqedən asılıdır. Koreyalılar adətən daha açıq və soyuq tonlu dəriyə sahib olurlar. Yaponların dərisi isti, qızılı və ya zeytun çalarına yaxın olur. Çinlilərdə isə şimal bölgələrində yaşayanlar daha açıq, cənub bölgələrində yaşayanlar isə daha tünd dəri rənginə malikdirlər.

Boy fərqi böyük deyil

Araşdırmalara görə, kişilər arasında orta boy Çində 176 santimetr, Cənubi Koreyada 174 santimetr, Yaponiyada isə 172 santimetr təşkil edir. Mütəxəssislər bildirirlər ki, son onilliklərdə xüsusilə Yaponiya və Cənubi Koreyada qidalanmanın yaxşılaşması nəticəsində orta boy göstəricisi əhəmiyyətli dərəcədə artıb.

Fərqlərin əsas səbəbi tarix və coğrafiyadır

Araşdırmaya görə, bu üç xalq qədim dövrlərdə Şimal-Şərqi Asiyada yaşamış ortaq əcdadlardan gəlsə də, sonrakı minilliklərdə fərqli miqrasiya prosesləri və coğrafi təcrid onların xarici görünüşündə müəyyən fərqlərin formalaşmasına səbəb olub.

Mütəxəssislər bildirirlər ki, Çin əhalisi tarix boyu müxtəlif etnik qrupların qarışması nəticəsində ən böyük müxtəlifliyə malikdir. Koreya yarımadasının uzun müddət nisbətən təcrid olunmuş vəziyyətdə qalması isə koreyalıların genetik baxımdan daha homogen əhali qrupuna çevrilməsinə şərait yaradıb. Yaponların xarici görünüşü isə qədim dövrlərdə adalara köç etmiş müxtəlif əhali qruplarının qarışması nəticəsində formalaşıb.

Bununla yanaşı, alimlər hesab edirlər ki, plastik cərrahiyyənin geniş yayılması və qarışıq nikahların sayının artması səbəbindən gələcək nəsillərdə bu fərqlər əvvəlki qədər nəzərə çarpmaya bilər.

Yaponiya Koreya Çin

Mənbə: lent.az

Xəbər lenti