IMG-LOGO

Braziliya prezidenti Ançelottini və milli komandanı sərt tənqid etdi

14 Jul 2026 18:27 3 baxış
IMG
0 0

Dünya çempionatı sona yaxınlaşır. Lakin dünyanın ən çox titullu komandası Braziliya final qarşılaşmasında iştirak edə bilmir.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, beşqat dünya çempionu turnirin 1/8 finalında Norveçə 2:1 hesabı ilə məğlub olub və mübarizəni dayandırıb.

"Pentakampionlar"ın hazırkı Dünya çempionatındakı çıxışı qənaətbəxş hesab olunsa da, komandanın özünün və baş məşqçisi Karlo Ançelottinin turnirdən kənarda qaldıqdan n sonrakı davranışı Braziliya prezidentini məmnun etməyib.

Luis İnasio Lula da Silva Dünya çempionatının 1/8 final mərhələsindəki məğlubiyyətdən sonra milli komanda oyunçularını tənqid edib.

"Nümayəndə heyəti böyük bir qrupla uçdu, amma yalnız bir neçə nəfər geri qayıtdı. Milli komandanın təyyarəsində demək olar ki, heç kim yox idi. Bu necə də rüsvayçılıqdır. Təyyarədə yalnız bir oyunçu var idi – “Flamenqo”dan Danilo. Əgər qalib gəlsəydilər, buradakı hər kəs rəqs edərdi. Hətta Ançelottiyə mesaj da yazmışdım. Ançelottinin kim olduğunu xatırlayırsınız? O, Braziliya millisinin məşqçisidir".

Braziliya prezidentinin bəyanatı

Dövlət başçısı bu açıqlamanı San-Paulodakı Maya Texnologiya Universitetində keçirilən tədbirdə çıxış edərkən verib.

Dahi oyunçuya bənzər bir robot icad edən tələbələrdən biri ilə görüşdükdən sonra Lulu hətta Anchelottiyə işarə edib.

"Bir oğlanın aqressiv robot hazırladığını gördüm. Mbappe və ya Haaland kimi görünürdü. Və Ançelottiyə yazdım ki, bu robotu milli komandaya çağırsın. Bu, Braziliyanın Dünya çempionatını qazanmasına kömək edərdi".  

İdman xəbərləri

Mənbə: lent.az

Xəbər lenti