IMG-LOGO

Samuxda 10 nəfər zəhərləndi, 7-si azyaşlıdır - YENİLƏNİB

15 Jul 2026 17:49 3 baxış
IMG
2 0

İyulun 15-də saat 15:30-dən etibarən 7-si azyaşlı olmaqla 10 nəfər (4 kişi, 6 qadın) zəhərlənmə şübhəsi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Lent.az-a TƏBİB-dən bildirilib.

"Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir və vəziyyətləri orta ağır qiymətləndirilir", - məlumatda deyilir.

***

17:16

Samuxda zəhərlənmə hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.

15-dən artıq şəxsin qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirildiyi bildirilir.(APA)

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti