IMG-LOGO

“Rəqibimizə heç bir hücum şansı verməməyə çalışacağıq” - Lionel Skaloni

15 Jul 2026 17:43 3 baxış
IMG
0 0

Bu axşam Bakı vaxtı ilə saat 23:00-da başlayacaq Argentina-İngiltərə oyunu Dünya çempionatının ikinci finalçısını müəyyən edəcək.

Lent.az xəbər verir ki, bu vacib oyundan əvvəl Argentinanın baş məşqçisi Lionel Skaloni komandasının İngiltərə ilə qarşılaşmaya hazırlıqları barədə danışıb.

"Oyuna necə hazırlaşdığımızdan asılı olaraq bəzi dəyişikliklər ola bilər. Məqsədimiz ən yaxşı heyətimizlə meydana çıxmaqdır. Uşaqlar yaxşı formadadırlar. Dünya çempionatının yarımfinalında oynayacağıq. Dünya çempionatının bu mərhələsinə çətinliklərdən keçmədən çatmaq çox çətindir", - Lionel Skaloni deyib.

Skaloni qeyd edib ki, qəqibin əla oyunçuları var: “Biz onları zərərsizləşdirməyə çalışacağıq. Nəticələrimizi qiymətləndirməliyik. Finala çıxmaq üçün meydanda əlimizdən gələni edəcəyik. Daha çox şeyə nail olmaq üçün kifayət qədər istək və ambisiyamız var. Topa sahib olmağa və rəqibimizə heç bir hücum şansı verməməyə çalışacağıq".

Hər iki komanda qarşıdakı görüşə hazırlaşarkən, dünən gecə 2026-cı il Dünya çempionatının ilk finalçısı müəyyənləşib: İspaniya millisi.  

İdman xəbərləri

Mənbə: lent.az

Xəbər lenti