IMG-LOGO

Mərdəkanda dənizdə batdığı ehtimal olunan gənc axtarılır

15 Jul 2026 20:24 3 baxış
IMG
1 0

Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində dənizdə bir nəfərin batdığı ehtimal olunur.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 2 kilometr aralıda, nəzarətsiz dəniz ərazisində bir nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda 22 yaşlı Qarayev Elgün Elçin oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

FHN bildirib ki, hadisə ilə bağlı əlavə məlumat veriləcək.

mərdəkan fhn

Mənbə: lent.az

Xəbər lenti