IMG-LOGO

Kriminal avtoritet beynəlxalq axtarışa verildi

16 Jul 2026 11:12 2 baxış
IMG
0 0

Ukraynada "Arieç" ləqəbi ilə tanınan kriminal avtoritet Vladimir Şeqolkov beynəlxalq axtarışa verilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Krivoy Roqun Pokrovski Rayon Məhkəməsi 45 yaşlı, əvvəllər dəfələrlə məhkum olunmuş Sevastopol əsilli Vladimir Şeqolkov barəsində beynəlxalq axtarış elan edilməsi və qiyabi həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb.

Məlumata görə, hazırda onun axtarışı Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən iki ayrı cinayət işi üzrə aparılır.

İstintaqın bir hissəsi Şeqolkovun 2024-cü ildə səfərbərlikdən sonra hərbi hissəni özbaşına tərk etməsi ilə bağlıdır. Digər cinayət işi isə 2020-ci ilin əvvəlində "More Piva" mağazalar şəbəkəsinin sahiblərinə qarşı törədildiyi iddia olunan hədə-qorxu və təzyiqlərlə əlaqədardır.

Məhkəmə materiallarında qeyd olunur ki, həmin dövrdə şirkətin sahiblərinə təhdidlər edilib, şəbəkəyə məxsus 17 mağaza yandırılıb. Əvvəlcə hadisə terror aktı kimi qiymətləndirilsə də, sonradan ittiham dəyişdirilib.

Vladimir Şeqolkov 2020-ci ilin mayında saxlanılıb və 2023-cü ilin sentyabrına qədər həbsdə qalıb. Daha sonra terror ittihamı iş materiallarından çıxarılıb. Hazırda o, hədə-qorxu ilə pul tələb etmə və qanunsuz silah dövriyyəsi maddələri ilə ittiham olunur.

Ukrayna Krivoy Roq Vladimir Şeqolkov Arieç beynəlxalq axtarış SBU kriminal avtoritet More Piva məhkəmə cinayət

Mənbə: lent.az

Xəbər lenti