Tanışlıq platforması "Badoo" istifadəçilərinin seçimlərini təhlil edərək kişilərin qadınlarda daha çox hansı xarici görünüş xüsusiyyətlərinə üstünlük verdiyini araşdırıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmanın nəticələrinə görə, boyu 160-168 santimetr arasında olan qadınlar kişilərdən daha çox mesaj alıblar.
Məhz bu boy aralığı araşdırmada iştirak edən kişilər arasında ən populyar seçim kimi qeydə alınıb. Statistikaya görə, qəhvəyi gözlü qadınlar da daha çox diqqət çəkiblər.
Mavi gözlərin daha çox bəyənildiyi barədə geniş yayılmış fikrin əksinə olaraq, platformanın məlumatları qəhvəyi gözlü qadınların daha çox tanışlıq və mesaj əldə etdiyini göstərib.
Araşdırma zamanı məlum olub ki, qara saçlı qadınlar sarışınlarla müqayisədə daha çox maraq doğurublar. Bundan əlavə, kişilər tanışlıq zamanı ilk diqqət yetirdikləri detallardan biri kimi saçların baxımlı olmasını qeyd ediblər.
İstifadəçilərin marağına müsbət təsir göstərən digər xüsusiyyət isə orta bədən quruluşu olub. Araşdırma müəllifləri vurğulayırlar ki, burada söhbət ciddi gözəllik standartlarından getmir və insanların zövqləri bir-birindən əhəmiyyətli dərəcədə fərqlənə bilər.
Baxımlı dırnaqların da kişilərin diqqətini cəlb etdiyi müəyyən edilib. Platformanın məlumatına görə, səliqəli əl görünüşü qadının mesaj alma ehtimalını artırır. Səmimi təbəssüm isə ilk təəssüratın daha müsbət formalaşmasına kömək edən əsas amillərdən biri kimi qiymətləndirilib.
Araşdırma müəllifləri sonda bildiriblər ki, bu statistika uğurlu münasibətlər üçün dəyişməz qayda hesab edilə bilməz. Nəticələr yalnız tanışlıq platformalarında hansı profillərin daha çox diqqət çəkdiyini göstərir.
Real həyatda isə münasibətlərin uğuru daha çox insanların şəxsi keyfiyyətlərindən, qarşılıqlı anlaşmadan və uyğunluğundan asılıdır.
cütlük münasibət qadın və kişiMənbə: lent.az