IMG-LOGO

Azərbaycanda korrupsiya cinayətinə görə 13 nəfər tutulub

16 Jul 2026 18:46 2 baxış
IMG
3 0

Bu il Baş İdarə üzrə aidiyyəti dövlət qurumlarına, müəssisə və təşkilatlara ümumilikdə 67 təqdimat göndərilib, 34 halda vətəndaş və vəzifəli şəxslərə rəsmi xəbərdarlıq edilib.

Lent.az-ın xəbərinə görə, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2026-cı ilin birinci yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində qeyd edilib.

Bildirilib ki, təqdimatların baxılmasının nəticəsi olaraq qanun pozuntularının aradan qaldırılması, gələcəkdə təkrar törədilməsinin qarşısının alınması və təqsirli vəzifəli şəxslərin intizam məsuliyyətinə cəlb olunması istiqamətində müvafiq tədbirlər görülüb.

Əməliyyat qurumları tərəfindən 38 cinayət işi başlanıb. Keçirilmiş 15 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 13 şəxs cinayət başında yaxalanıb, habelə axtarışda olan şəxslərdən 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti