IMG-LOGO

ABŞ İranı vurdu: 7 ölü, 9 yaralı var - VİDEO

17 Jul 2026 05:21 3 baxış
IMG
11 0

ABŞ-ın İranın Bəndər-Xomeyni şəhərinə endirdiyi zərbələr nəticəsində 7 nəfər ölüb, 9 nəfər yaralanıb.

Lent.az xəbər verir ki, bu barədə Fars agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə yerində xilasedicilər və tibb işçiləri yaralılara yardım göstərirlər.

Bəndər-Abbas və Lars şəhərləri arasında nəqliyyatın hərəkəti məhdudiyyətlərlə bərpa olunub. Sürücülərə mümkün qədər bu marşrutdan istifadə etməmək tövsiyə edilib.

 

01:02 ABŞ-ın İranın Bəndər-Abbas şəhərindəki yaşayış məhəlləsinə endirdiyi zərbə nəticəsində bir nəfər həlak olub, 8 nəfər yaralanıb.

Lent.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Məlumata görə, hücum şəhərin Allahu Əkbər təpəsi adlanan yaşayış məhəlləsinə həyata keçirilib.

Yaralılardan 7-si partlayış dalğasının təsirindən xəsarət alıb, bir nəfərdə isə sınıq qeydə alınıb. Hücum nəticəsində bir nəfər həyatını itirib.

"Tasnim", həmçinin ABŞ-ın Bəndər-Abbas və Şiraz şəhərlərini birləşdirən, mühüm nəqliyyat qovşaqlarından hesab olunan körpünü də hədəfə aldığını qeyd edib.

https://t.me/apa_az/122858

 

Bəndər-Abbas abş iran

Mənbə: lent.az

Xəbər lenti