IMG-LOGO

Tanınmış aparıcı Oğuzhan Uğur da saxlanıldı – SƏBƏB BAŞQADI

17 Jul 2026 09:14 2 baxış
IMG
0 0

Türkiyədə Ahbap Dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində bloqer və aparıcı Oğuzhan Uğur saxlanılıb.

Lent.az-ın yerli mediaya istinadən məlumatına görə, İstanbul Respublika Baş Prokurorluğunun apardığı istintaq davam edir. Daha əvvəl Ahbap Dərnəyinin rəhbəri Haluk Levent də daxil olmaqla bir sıra şübhəli barəsində həbs qərarı verildikdən sonra araşdırma genişləndirilib və Oğuzhan Uğur da istintaq çərçivəsində saxlanılan şəxslər sırasına daxil edilib.

Oğuzhan Uğur saxlanılmazdan əvvəl sosial şəbəkə hesabında məsələ ilə bağlı açıqlama paylaşmışdı. O bildirmişdi ki, Ahbap istintaqı ilə bağlı mövqeləri aydındır və hər hansı qanun pozuntusu müəyyən olunarsa, onun aradan qaldırılmasını özləri də dəstəkləyirlər.

Uğur qeyd edib ki, 6 fevral zəlzələlərindən sonra Ahbap Dərnəyinə verdiyi dəstəyin məqsədi yalnız zərərçəkənlərə yardım göstərmək olub. Onun sözlərinə görə, həmin dövrdə dövlət tərəfindən təsdiqlənmiş bir qurum olduğu üçün Ahbap Dərnəyinə dəstək veriblər.

Xatırladaq ki, Oğuzhan Uğur 6 fevral zəlzələlərindən sonra Ahbap Dərnəyinə göstərdiyi dəstək və sosial şəbəkələrdəki paylaşımları ilə geniş müzakirələrə səbəb olmuşdu. Hazırda onun saxlanılması ilə bağlı istintaq tədbirləri davam edir.

 

Oğuzhan Uğur Ahbap Dərnəyi Haluk Levent Türkiyə saxlanılma istintaq İstanbul Respublika Baş Prokurorluğu 6 Fevral zəlzələsi sosial media son dəqiqə Türkiyə xəbərləri

Mənbə: lent.az

Xəbər lenti