IMG-LOGO

"Alla, təşəkkür edirəm, əlvida" - Rusiyada Puqaçovanın oxşarı tapıldı

17 Jul 2026 15:18 2 baxış
IMG
0 0

Rusiyalı müğənni Muşya Totibadze sosial şəbəkələrdəki çıxışı ilə izləyicilərin diqqət mərkəzinə düşüb. 

Lent.az Rusiya KİV-nə istinadla xəbər verir ki, 30 yaşlı müğənni və aktrisa "Sirena" mahnısını ifa etdikdən sonra həm səsi, həm də görünüşü ilə SSRİ Xalq artisti Alla Puqaçovaya bənzədilib.

Sosial şəbəkələrdə yayılan video qısa zamanda böyük maraq doğurub. Videoya hətta Puqaçovanın qızı Kristina Orbakayte də laqeyd qalmayıb və paylaşımı bəyənib.

Şərhlərdə "Gənc Alla Puqaçovanı xatırladır", "Sanki Puqaçovanın karyerasının ilk illərinə qayıtdıq", "Səsi uşaqlığımızdakı Allanı xatırladır", "Puqaçova 2", "Elə bildim, gənc Alla Puqaçovadır" kimi fikirlər yer alıb.

Bununla yanaşı, bəzi istifadəçilər Muşya Totibadzenin görünüşcə çox bənzəsə də, səsinin Alla Puqaçovanın səviyyəsində olmadığını qeyd ediblər.

Muşya Totibadze Rusiya pop səhnəsinin tanınmış müğənnilərindən, mahnı müəlliflərindən və teatr-kino aktrisalarından biridir. Müğənni mütəmadi olaraq Qazaxıstanda da konsert proqramları ilə çıxış edir.

May ayının sonunda keçirilən "Jazz-piknik Do Be Doo" festivalının əsas səhnə ulduzlarından biri olub. İyun ayında isə Almatıda təşkil olunan fotosessiyadan görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

müğənni maqazin xəbərləri

Mənbə: lent.az

Xəbər lenti