IMG-LOGO

Beş yaşlıların məktəbə qəbulu başlayır

17 Jul 2026 17:10 3 baxış
IMG
0 0

2026–2027-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyat çərçivəsində Azərbaycan bölməsi üzrə məktəb seçiminə başlanılır.

Bu barədə a MÜTDA-dan Lent.az-a məlumat verilib.

Bildirilib ki, valideynlər iyulun 21-i saat 11:00-dan başlayaraq Bakı şəhəri istisna olmaqla, ölkənin digər rayon və şəhərlərində məktəb seçimini həyata keçirə bilərlər.

Bakı şəhəri üzrə seçim prosesi iyulun 21- saat 15:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə isə iyulun 22-si saat 11:00-da başlayacaq.

Qeydiyyat “mektebeqebul.edu.az” portalı üzərindən aparılır və sentyabrın 14-ü saat 18:00-a qədər davam edəcək.

Məktəbəhazırlıq qruplarına yalnız 2021-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul olunur.

MÜTDA Məktəbəhazırlıq

Mənbə: lent.az

Xəbər lenti