Şotlandiya millisinin qapıçısı Kreyq Qordon 43 yaşında karyerasını başa vurduğunu açıqlayıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, onun ilk klubu olan "Hart of Midlotian" bu barədə açıqlama verib.
Qordon bir oyun belə oynamasa da, 2026-cı il Dünya çempionatında iştirak edən ən yaşlı oyunçu olub.
Qapıçı daha çox "Harts", "Sanderlend" və "Seltik" klublarında oynadığı vaxtlarla tanınır. O, 2004-2026-cı illər arasında Şotlandiya millisində 84 oyun keçirib.
İdman xəbərləriMənbə: lent.az