IMG-LOGO

Somalidə dəniz quldurları tanker ələ keçirdi

18 Jul 2026 02:32 3 baxış
IMG
0 0

İyulun 17-də Somali sahillərində Tanzaniya bayrağı altında üzən tanker dəniz quldurlarının hücumuna məruz qalıb.

Lent.az xəbər verir ki, bu barədə EFE agentliyi Yəmən hökumətinə istinadən məlumat yayıb.

Məlumata görə, tanker Pakistanın Kəraçi limanından Somalinin Bosaso şəhərinə doğru hərəkət edirmiş. Gəminin ələ keçirilməsi Yəmənin cənub-şərq sahillərindən təxminən 26 dəniz mili məsafədə baş verib.

Tankerin sonrakı marşrutu barədə məlumat verilmir.

Hazırda Yəmən hökuməti beynəlxalq tərəfdaşlarla birlikdə hadisəyə cavab tədbirləri hazırlayır.

somali dəniz quldurları

Mənbə: lent.az

Xəbər lenti