ABŞ-ın Şimali Karolina ştatının sakini yuxusuzluqla mübarizə apararkən onlayn lotereyada böyük məbləğ qazanıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Rouli iyulun 8-də yuxusuzluqdan əziyyət çəkib. O, yata bilməyib və vaxtını öldürmək üçün onlayn lotereyada iştirak etmək qərarına gəlib.
Bu, gözlənilmədən sərfəli bir qərar olub: o, 150 min dollar udub.
"Həmin anda inana bilmədim, çünki bu kimi şeylər tez-tez baş vermir", - lotereya qalibi etiraf edib.
O, qazandığı pulunu evini təmir etmək üçün xərcləməyi planlaşdırır.
Yuxusuzluq onlayn lotereyaMənbə: lent.az