"Çalıkuşu" serialındakı "Feride" rolu ilə məşhurlaşan aktrisa Aydan Şener sosial media paylaşımlarına görə təriflər almağa davam edir. Zamanın keçməsinə baxmayaraq yaşlanmamış kimi görünən 63 yaşlı Şener son fotolarına görə izləyicilərindən yüksək təriflər alıb.
Lent.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, artıq 42 ilə yaxındır ekranlarda görünən tanınmış aktrisa fit və baxımlı görünüşü ilə tez-tez maqazin gündəminə çevrilir.
63 yaşlı Aydan Şener sosial şəbəkə hesabından paylaşdığı yeni fotolarla izləyicilərinin marağına səbəb olub. Onun paylaşımları qısa zamanda minlərlə bəyənmə toplayıb. İzləyiciləri Aydan Şener haqqında "İllərə meydan oxuyur", "Heç qocalmır", "Kaş mən də belə qocalardım" kimi çoxsaylı şərhlər yazıblar.
Qeyd edək ki, o, 1981-ci ildə Türkiyə gözəli seçilib, qısa müddət modellik etdikdən sonra aktyorluq karyerasına başlayıb.
aktrisa maqazin xəbərləri



Mənbə: lent.az