Böyük Britaniya kralı III Çarlz və kraliça Kamilla pivə zavodunun 250 illik yubileyi münasibətilə keçirilən tədbirdə iştirak ediblər. Zavoda səfər zamanı kral İngiltərə millisinin futbol üzrə dünya çempionatının yarımfinalına yüksələ bilməməsinə də zarafatla münasibət bildirib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, özünə bir qədəf pivə süzən III Çarlz "bu gün kədəri pivədə boğmaq üçün yaxşı gündür", deyərək tədbir iştirakçılarının gülüşünə səbəb olub.
Daha sonra o, qədəhini qaldıraraq pivədən bir neçə qurtum içib. Kral və kraliça tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıblar. Kamilla bar arxasında həyat yoldaşına kömək edib və birlikdə qonaqlarla səmimi söhbət ediblər.
Tədbirdə III Çarlz açıq boz rəngli zolaqlı kostyum, ağ köynək və qalstukda görünüb. Kraliça Kamilla isə açıq rəngli libas seçib və sevimli boyunbağı ilə obrazını tamamlayıb. Cütlük zərif görünüşü və səmimi davranışı ilə diqqət çəkib.
Çarlz Kamilla dünyadan xəbərlər

Mənbə: lent.az