IMG-LOGO

Türkiyə serialındakı səhnə Çində böyük səs-küyə səbəb oldu

18 Jul 2026 15:35 5 baxış
IMG
6 0

Türkiyənin TRT 1 kanalında yayımlanan "Mehmed: Fethlər Sultanı" adlı teleserialın 66-cı bölümündə Fateh Sultan Mehmedin ölümündən sonra qurulan Yarkənd xanlığının təsviri, şair Əli Şir Nəvainin sarayda qəbul edilməsi və "Çin kişilərimizi kölə, qızlarımızı isə cariyə edəcək" misrası böhrana səbəb olub.

Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, serialda Fatih Sultan Mehmedin hələ yaradılmamış Yarkənd xanlığının nümayəndələrini qəbul etdiyi səhnə yer alıb. Tarixi mənbələrə görə Yarkənd xanlığı sultanın vəfatından 33 il sonra – 1514-cü ildə yaranıb. Bundan əlavə, Yarkənd xanlığı ilə tarixi əlaqəsi olmayan məşhur şair və dövlət xadimi Əlişir Nəvai həmin heyətin nümayəndəsi kimi göstərilib.

Müzakirələrə səbəb olan səhnədə Əlişir Nəvainin Fatih Sultan Mehmedə müraciətlə "Çin gücü ilə kişilərimizi kölə, qızlarımızı isə cariyə etməyə qərar verib. Orada yalnız qorxu var" məzmununda ifadələr işlədib. Bu isə Çin və Sincan-Uyğur Muxtar Rayonunda yaşayan bəzi uyğurların etirazına səbəb olub.

Sincan-Uyğur Muxtar Rayonunda yaşayan Mahmut Yakup serialda səsləndirilən fikirlərin tarixi həqiqətə uyğun olmadığını, həm Çin xalqını, həm də bölgədə yaşayan insanları təhqir etdiyini iddia edərək hüquqi prosedura başlayıb. O, Çin hüquq bürosu vasitəsilə TRT-nin baş direktoru Məhəmməd Ziyad Varol, TRT Baş Direktorluğu, Miray Yapım, prodüser Eyüp Gökhan Özekin və ssenarist Ozan Bodurun ünvanına rəsmi xəbərdarlıq məktubu göndərib.

Qeyd edək ki, serialın əvvəlində "Bu hekayə və personajlar tarixdən ilham alınaraq bədii şəkildə qurulub" xəbərdarlığı yer alıb. 

Hazırda TRT və layihənin yaradıcı heyətinin məsələyə necə reaksiya verəcəyi, həmçinin sözügedən səhnə ilə bağlı hər hansı dəyişiklik edib-etməyəcəyi maraqla gözlənilir.

serial çin türkiyə narazılıq

Mənbə: lent.az

Xəbər lenti