IMG-LOGO

Odessa yaxınlığında vurulan gəmi kapitanının cənazəsi Azərbaycana gətirilir

18 Jul 2026 19:13 4 baxış
IMG
0 0

Odessa yaxınlığında vurulan gəminin kapitanının cənazəsi Azərbaycana gətirilir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən Lent.az-aməlumat verilib. "Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən görülmüş müvafiq konsulluq tədbirləri və əlaqələndirmə işləri nəticəsində iyulun 17-də “Atlas Bey” gəmisinin kapitanı Səməd Nəsrullayevin cənazəsi ölkəmizə yola salınıb. Həlak olan gəmi kapitanının ailəsinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!", - məlumatda deyilir.

Qeyd edək ki, iyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında Türkiyənin Okean Maritime şirkətinə məxsus “Atlas Bey” adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb. Gəminin ekipaj üzvlərindən 11-i Azərbaycan vətəndaşı olub.

Mülki ticarət gəmisinin heyətindəki 10 nəfər Azərbaycan vətəndaşı Moldovaya keçməklə Türkiyə üzərindən Azərbaycana yola salınıb, “Atlas Bey” mülki ticarət gəmisinin kapitanı Səməd Nəsrullayevin nəşi tapılıb.

 

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti