ABŞ-da süni intellekt üçün tikilən məlumat mərkəzlərinə (data center) qarşı narazılıq milli miqyas alıb.
Lent.az xəbər verir ki, ölkənin 42 ştatında ümumilikdə 142 etiraz aksiyası keçirilib.
Bu, AI infrastrukturunun sürətlə genişlənməsinə qarşı təşkil olunan ilk ümummilli etiraz kampaniyası hesab olunur.
Etirazçılar bildirirlər ki, nəhəng məlumat mərkəzləri böyük həcmdə elektrik enerjisi və su sərf edir, ətraf mühitə mənfi təsir göstərir, eyni zamanda yerli icmaların rəyi nəzərə alınmadan tikilir.
“Reuters/Ipsos” sorğusuna əsasən, amerikalıların cəmi 14 faizi yaşadığı ərazidə belə bir mərkəzin tikilməsini dəstəkləyir, respondentlərin üçdə biri isə onların indiki sürətlə genişlənməsini düzgün hesab etmir.
Sənaye nümayəndələri isə məlumat mərkəzlərinin süni intellektin inkişafı, iqtisadi artım və milli təhlükəsizlik üçün vacib olduğunu bildirərək ətraf mühitə təsiri azaltmaq üçün tədbirlər gördüklərini vurğulayırlar.
süni intellekt ABŞ
Mənbə: lent.az