IMG-LOGO

Dağlıq rayonlarda şimşək çaxıb, leysan yağıb

19 Jul 2026 11:12 8 baxış
IMG
0 0

Milli Hidrometeorologiya Xidmətinin iyulun 19-u saat 11:00-a olan məlumatına əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, leysan xarakterli intensiv yağış yağıb.

Xidmətdən Lent.az-a verilən xəbərə görə, düşən yağıntının miqdarı Ağstafada 15, Balakəndə 11, Zaqatalada 8, Qaxda (Sarıbaş) 7, Gədəbəydə 6, Tovuz, Ceyrançöldə 2, Göygöl, Daşkəsən, Şəmkir, Şəki, Qusar, Şahdağda 1 mm-dir. Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 20 m/s-yə çatır.

hava yağış

Mənbə: lent.az

Xəbər lenti