IMG-LOGO

“Mançester Yunayted”i qabaqladılar: "Roma" "Vest Hem"in ulduzunu aldı

19 Jul 2026 13:03 7 baxış
IMG
0 0

İtaliyanın "Roma" klubu hücum xəttini gücləndirmək üçün səs-küylü transeri hədəfləyir. Krisensio Sammervil bu yay kluba qoşula bilər.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, "Roma" rəhbərliyi 24 yaşlı hollandiyalı ilə müqavilə imzalamaqda çox ciddidir. Romada artıq konkret addımlar atılıb: hollandiyalının nümayəndələri İtaliyaya səfər edib və "Roma" rəhbərliyi ilə danışıqlar aparıblar.

Sammervilin özü cümə axşamı Mayamidəki tətildən qayıdıb və masasında olan bütün təklifləri şəxsən nəzərdən keçirməyi planlaşdırır. Qanad oyunçusunun “Vest Hem” ilə hazırkı müqaviləsi daha üç il müddətinə bağlandığı üçün iddiaçılar İngiltərə klubunun maliyyə tələblərini ödəməli olacaqlar.

"Mançester Yunayted" niyə susur?

Hollandiyalı futbolçu "Mançester Yunayted" üçün də prioritet hədəfdir, lakin "qırmızı şeytanlar"ın əl-ayaqları bağlıdır. Əsas məhdudlaşdırıcı amil Markus Reşfordun qeyri-müəyyən gələcəyi olaraq qalır.

"Qırmızı şeytanlar" ingilis futbolçunu satana qədər Summervilin transferi təxirə salınıb. "Roma" bu gecikmədən istifadə etməyə can atır və müqaviləni mümkün qədər tez başa çatdırmağa ümid edir.  

İdman xəbərləri

Mənbə: lent.az

Xəbər lenti