IMG-LOGO

Azərbaycan “erməni soyqırımı” məsələsini Knessetin gündəliyindən çıxartdırıb

19 Jul 2026 17:17 11 baxış
IMG
0 0

Azərbaycanın təzyiqindən sonra “erməni soyqırımı”nın tanınması məsələsi İsrail Knessetinin gündəliyindən çıxarıb.

Lent.az xəbər verir ki, bu barədə “Haaretz” qəzeti məlumat yayıb.

Qeyd edilib ki, İsrail rəsmiləri Azərbaycan tərəfini əmin ediblər ki, qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı məsələ Knessetin gündəliyindən çıxarılıb.

İsrailli bir mənbənin iddiasına görə, xarici işlər naziri Gideon Saar tərəfindən irəli sürülən səsvermə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Azərbaycan Prezidenti İlham Əliyevin adından Baş nazirin Ofisi ilə əlaqə saxlamasından sonra Benyamin Netanyahu tərəfindən bloklanıb.

“Haaretz” yazır ki, bundan sonra İsrail hökuməti Azərbaycan rəsmilərinə məsələni Knessetin gündəliyindən çıxardığını və buna görə də ötən həftə yay tətilindən əvvəl keçirilən son plenar iclaslarda səsverməyə çıxarılmayacağını bildirib.

 

 

Haaretz İsrail “erməni soyqırımı” Knesset

Mənbə: lent.az

Xəbər lenti