IMG-LOGO

Bir həftə öncə kanalda batan yeniyetmənin meyiti tapıldı

19 Jul 2026 21:02 10 baxış
IMG
1 0

İyulun 12-də Samur-Abşeron kanalının Quba rayonu, Vəlvələ kəndindən keçən hissəsində batan 2010-cu il təvəllüdlü Osmanov Fərid Paşa oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən təxminən 15 km aralı, Samur-Abşeron kanalının Şabran rayonunun Gəndov kəndindən keçən hissəsində tapılıb.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Mərhumun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

fhn

Mənbə: lent.az

Xəbər lenti