IMG-LOGO

Kəngərlidə ağır qəza - Yeniyetmə öldü, yaralıların vəziyyəti açıqlandı

19 Jul 2026 20:16 10 baxış
IMG
2 0

Kəngərlidə baş verən yol qəzasında xəsarət alanların vəziyyəti məlum olub. Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinin növbətçi həkimi Əfruz Hüseynova məlumat verib. "Bu gün günorta saatlarında xəstəxanamıza 5 nəfər yol-nəqliyyat hadisəsi nəticəsində yardım briqadamız tərəfindən çatdırılıb. Xəstələr ilkin tibbi müayənələrdən keçirilib, vəziyyətləri orta-ağırdır, hazırda müayinə və müalicə prosesi davam etdirilir", - Əfruz Hüseynova qeyd edib. *** Kəngərlidə minik avtomobili aşıb, yeniyetmə ölüb, xəsarət alanlar var.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının 22-ci kilometrliyində, Kəngərli rayonunun Yeni Kərki kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Hyundai" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan 2010-cu il təvəllüdlü Seyidov Mirməhərrəm Afət oğlu ölüb.

Digər sərnişinlər - 1998-ci il təvəllüdlü Məmmədova Gülşən Məmmədbağır qızı, 2009-cu il təvəllüdlü Seyidova Aytac Əlu qızı, 1959-cu il təvəllüdlü Quluzadə Telli Alı qızı, 1981-ci il təvəllüdlü Seyidova Rüqəyyə Bağır qızı və 2023-cü il təvəllüdlü Məmmədov Araz Pərviz oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Kəngərli qəza

Mənbə: lent.az

Xəbər lenti