IMG-LOGO

İranda sünni din xadimi öldürüldü

20 Jul 2026 12:50 9 baxış
IMG
2 0

Bu gün səhər saatlarında İranın Sistan və Bəluçistan əyalətinin Mircavə şəhərində sünni din xadimi Məhəmməd Ənvər Rigi naməlum silahlı şəxslərin hücumu nəticəsində öldürülüb. Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, o, sözügedən şəhərdəki Əli ibn Əbu Talib məscidinin cümə imamı olub. 

Bildirilir ki, Məhəmməd Ənvər Rigi aldığı güllə yaralarından hadisə yerində ölüb. Hadisəni törədən şəxslərin kimliyi və hücumun motivi barədə hələlik rəsmi açıqlama verilməyib.

Təhlükəsizlik orqanlarının hadisə ilə bağlı araşdırma apardığı bildirilir.

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti