IMG-LOGO

Bu giləmeyvə vitamin kraliçasıdır

20 Jul 2026 13:59 10 baxış
IMG
0 0

Yay mövsümünün ən sevilən giləmeyvələri olan çiyələk və moruq tərkibindəki vitaminlər və antioksidantlarla sağlamlıq üçün böyük fayda verir. Dietoloqlar isə bu iki giləmeyvədən hansının daha faydalı olduğu ilə bağlı maraqlı məqamlara aydınlıq gətiriblər.

Lent.az xəbər verir ki, çiyələk immun sistemini gücləndirən ən zəngin C vitamini mənbələrindən biridir.

Bir porsiya çiyələk orqanizmin gündəlik C vitamini ehtiyacını ödəyə bilir və bu göstəriciyə görə hətta sitrus meyvələrini də geridə qoyur.

Çiyələk həmçinin hüceyrələrin yenilənməsində mühüm rol oynayan fol turşusu ilə zəngindir. Tərkibindəki antosianinlər ürək-damar sistemini qorumağa kömək edir, iltihabəleyhinə təsir göstərir və aşağı kalorili olduğu üçün sağlam qəlyanaltı hesab olunur.

Moruq isə lif tərkibinə görə çiyələyi geridə qoyur. Bir stəkan moruqda təxminən 8 qram qida lifi mövcuddur ki, bu da meyvələr arasında ən yüksək göstəricilərdən biridir.

Mütəxəssislərin sözlərinə görə, lif bağırsaqların normal fəaliyyətini və maddələr mübadiləsini dəstəkləyir, qanda şəkərin səviyyəsinin sabit qalmasına kömək edir, insulin sıçrayışlarının qarşısını alır və uzun müddət toxluq hissi yaradır. Bu xüsusilə sağlam qidalanmağa çalışan insanlar üçün vacibdir.

Bundan əlavə, moruq hüceyrələrin bərpasına kömək edən xüsusi antioksidantlarla zəngindir. Bu maddələr orqanizmi vaxtından əvvəl qocalmadan qorumağa kömək edir.

Dietoloqlar gündəlik qidalanmada yalnız bir giləmeyvəyə üstünlük verməməyi tövsiyə edirlər. Onların sözlərinə görə, çiyələk immunitet və dəri sağlamlığı üçün vacib vitaminlərlə zəngindir, moruq isə həzm sistemi və maddələr mübadiləsi üçün əvəzolunmaz lif mənbəyidir.

Mütəxəssislər ən yaxşı seçim kimi hər iki giləmeyvəni birlikdə qəbul etməyi məsləhət görürlər. Onları zülalla zəngin səhər yeməyinə əlavə etmək, təbii yoqurtla qarışdırmaq və ya sadəcə təzə halda istehlak etmək sağlam qidalanma üçün ideal seçim hesab olunur.

giləmeyvə qida fayda

Mənbə: lent.az

Xəbər lenti