"Birlik" Karate Klubunun karate və parakarate üzrə idmançıları Azərbaycan Karate Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi "Olimpiya Ümidləri" beynəlxalq turnirində uğurla çıxış ediblər.
Bu barədə Lent.az-a klubdan məlumat verilib.
Məşqçi Sənan Cəfərovun yetirmələrindən Gülay Orucova (U-21, 61 kq) və Ercan Aslan (parakarate, K22 kateqoriyası) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.
Amin Əsədli (U-14, 50 kq) gümüş, Lətif Səfərov (kadet, 70 kq) bürünc medal qazanıb.
Qeyd edək ki, turnirdə Azərbaycan, Türkiyə, Pakistan, Gürcüstan və Rumıniyadan ümumilikdə 600 idmançı mübarizə aparıb.
İdman xəbərləriMənbə: lent.az