Zərdabda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qoruqbağı kəndində baş verib.
Belə ki, kənd sakini, 2023-cü il təvəllüdlü Kərimli Əsma Yaqub qızı atası Kərimli Yaqub Bəsər oğlunun idarə etdiyi otbağlayan aqreqatın təkərinin altında qalaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Zərdab uşaqMənbə: lent.az