IMG-LOGO

Cennifer Lopes kişini cəlbedici edən əsl şeyləri AÇIQLADI

21 Jul 2026 10:15 5 baxış
IMG
15 0

57-ci doğum günü ərəfəsi Cennifer Lopes gözlənilmədən kişini həqiqətən cəlbedici edən şeylər barədə səmimi danışıb. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, müğənninin sözlərinə görə, söhbət bahalı saatlar, idman avtomobilləri və ya şəxsi təyyarələrdən getmir.

Siciliyanın Taormina şəhərində keçirilən Dolce & Gabbana Alta Moda tədbirindəki çıxışı zamanı 56 yaşlı ulduz rəqqasları ilə yumoristik bir söhbət edib və bu, tezliklə müstəqillik və münasibətlər müzakirəsinə çevrilib.

"Saçlarımı düzəldin. Qalanlarınız isə gedin. Siz müflissiniz. Mənə sizin pulunuz lazım deyil. Mənə sizin hədiyyələriniz lazım deyil", - Lopes səhnədən təbəssümlə deyib.

Sənətçi daha sonra insanların onu "bahalı qadın" adlandırmasına çoxdan öyrəşdiyini etiraf edib.

"İnsanlar illərdir mənə baxıb çox bahalı olduğumu düşünürlər. Və bu doğrudur. Amma mənim öz pulum var. Xanımlar, düz deyirəm? Kiminsə bizə əşyalar almasına ehtiyacımız yoxdur. Əlbəttə ki, bəzən bu, xoşdur", - o qeyd edib.

Daha sonra Lopes kişini həqiqətən cəlbedici edən şeylərin nə olduğunu açıqlayıb.

"Kişiyi həqiqətən seksual edən şey bilirsinizmi? Bu, saat, maşın və ya şəxsi təyyarə deyil. Bu, səhərlər yatağını yığanda və ya gecələr yorğun olduğunuz üçün qab-qacaq yuyanda olur. Bu, seksualdır. Mən buna seksual deyirəm. Çünki biz qadınlar hər şeyi edirik", - müğənninin bu fikirlərini tamaşaçılar alqışlarla qarşılayıb.

Bu açıqlama Lopesin şəxsi həyatına illərdir ictimai nəzarətin davam etdiyi bir vaxtda verilib. Ulduz dörd dəfə evlənib, məşhur nişan mərasimləri keçirilib və Ben Afflek və Aleks Rodriges ilə münasibətləri olub.  

Cennifer Lopes müğənni aktrisa

Mənbə: lent.az

Xəbər lenti