"Sosial şəbəkələrdə “Vital Hospital”la bağlı yayılan məlumat Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin diqqətindədir".
Lent.az xəbər verir ki, bu barədə APA-ya Səhiyyə Nazirliyindən məlumat verilib.
"Məsələ ilə bağlı araşdırmaya başlanılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb. Araşdırmanın nəticələrinə əsasən ictimaiyyətə əlavə məlumat veriləcək", - açıqlamada qeyd olunub.
Qeyd edək ki, "Vital Hospital"da ölü doğulan uşağın zirzəmiyə atıldığı iddia edilir.
HadisələrMənbə: lent.az