Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə ev-alqı satqısı adı ilə vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilənlər - Anar Həziyev, Rasim Əliyev, Şəmsiyyə İsmayılova və Ruslan Həsənovun cinayət işi üzrə hökm oxunub.
Lent.az xəbər verir ki, məhkəmə tərkibi təqsirləndirilən şəxslərin - Şəmsiyyə İsmayılovanın 6 il, Ruslan Həsənovun 7 il, Anar Həziyevin 6 il,
Rasim Əliyevin 6 il müddətinə azadlıqdan məhrum edilməsini elan edib.
Qeyd edək ki, dövlət ittihamçısı Babaxan Həsənəliyev təqsirləndirilənlər - Ruslan Həsənovun 8 il, 6 ay, Şəmsiyyə İsmayılovanın 8 il, Anar Həziyevin və Rasim Əliyevin 7 il, 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Xatırladaq ki, Şəmsiyyə İsmayılova bir qrup şəxslə (Anar Həziyev, Rasim Əliyev və Ruslan Həsənov) birlikdə vətəndaşlara MİDA-dan güzəştli şərtlərlə mənzil almaq adı ilə yalan vəd verib və onlardan külli miqdarda pul alaraq mənimsəməkdə dələduzluqda təqsirləndirilirlər.Təqsirləndirilən şəxslərin dördünə də qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Ümumi dəymiş ziyan isə 240 min manatdan artıqdır.
HadisələrMənbə: lent.az