56 yaşlı dünya ulduzu Cennifer Lopez bacısı Linda Lopezin ad gününü qeyd etmək üçün Avropa səyahətinə çıxıb.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, müğənni və aktrisa sosial media hesabında paylaşdığı fotolarla diqqət mərkəzinə düşüb. Kadrlarda Cennifer Lopezin hamam vannasında oturaraq ad günü tortu yediyi görüntülər böyük maraq doğurub. Eyni fotolarda bacısı Linda Lopez də yanında yerdə əyləşərək tortun dadını çıxarır.
İyulun 24-də 57 yaşını qeyd etməyə hazırlaşan Cennifer Lopez paylaşımına səmimi sözlər də əlavə edib. O, "İkiqat ad günü üçün bacı tətili hər zaman əla fikirdir! Səni çox sevirəm, Lynni! Ad günün mübarək!" sözləri ilə bacısını təbrik edib.
Lopez bacılarının Avropa turu Paris Moda Həftəsi və Londonda keçirilən Uimbldon tennis turnirini də əhatə edib. Onlar səyahət zamanı Fransada məşhur italyan restoranlarından birində birlikdə şam ediblər.
Restorandan çıxarkən seçdikləri zövqlü və cəsarətli geyim tərzi də sosial media istifadəçilərinin diqqətini çəkib. Cennifer və Linda Lopezin paylaşdıqları fotolar qısa müddətdə minlərlə bəyənmə və şərh toplayıb.
müğənni doğum günü vanna
Mənbə: lent.az