Mehdiabdda kişinin yıxılaraq başından aldığı xəsarətdən öldüyü məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, Namiq Nuruşov sərxoş vəziyyətdə yıxılıb. Nəticədə o, başından aldığı xəsarətdən ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
saat 10:43
Abşeronda müəmmalı ölüm hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.
Sabirabad rayon sakini, 1987-ci il təvəllüdlü Namiq Əmrah oğlu Nuruşovun meyiti tapılıb.
İlkin müayinə zamanı onun baş nahiyəsində xəsarətlər aşkar edilib.
Araşdırmalar Abşeron rayon prokurorluğu tərəfindən aparılır.
HadisələrMənbə: lent.az