ABŞ məhkəməsi Venesuelanın sabiq prezidenti Nikolas Maduro və həyat yoldaşı Silia Floresin narkotik qaçaqmalçılığı işi üzrə məhkəmə prosesinin 1 iyun 2027-ci ildə başlanması ilə bağlı qərar qəbul edib.
Lent.az xəbər verir ki, Nyu-York federal məhkəməsinin hakimi Alvin Hellerstaynın qərarına əsasən, tərəflərin təqdim edəcəyi vəsatətlər üzrə növbəti dinləmə 17 noyabr 2026-cı ildə keçiriləcək.
Müdafiə tərəfi Maduronun sabiq dövlət başçısı kimi toxunulmazlığa malik olduğunu və ABŞ-ın onu saxlamasının qanunsuz olduğunu iddia edərək işin bağlanmasını tələb etməyi planlaşdırır.
Qeyd edək ki, Maduro və Flores 2026-cı ilin yanvarında ABŞ tərəfindən saxlanılıb. Onlar narkotik qaçaqmalçılığı ilə bağlı irəli sürülən bütün ittihamları rədd edərək özlərini təqsirli bilməyiblər.
Maduro təqsirli bilinərsə, onu ömürlük həbs cəzası gözləyə bilər.
Maduro Venesuela məhkəməMənbə: lent.az