IMG-LOGO

Meyiti zirzəmiyə atılan körpənin atası DANIŞDI - VİDEO - YENİLƏNİB 2

22 Jul 2026 23:44 5 baxış
IMG
26 0

Ölü doğulan uşağının "Vital Klinika"nın zirzəmisinə atıldığını iddia edən kişi danışıb.

Lent.az xəbər verir ki, ata-Abdulla Kərimov hadisənin detalları haqda məlumat verib.

Həkim-ginekoloq Çinarə Gülməmmədova ana-Fərqanə Kərimovanı yalnız ayın 17-si əməliyyat günü “Vital Klinika”da gördüyünü bildirsə də, A. Kərimov onun bu sözlərini təkzib edib.

Bildirib ki, “Vital Klinika”da həqiqətən ilk dəfə doğuş günü olublar, lakin həmin həkim xanımını yanvar ayından bəri Nəsrəddin Tusi adına klinikada müayinə edib.

Kişi bununla bağlı yazışma və müayinə kağızlarını da göstərib.

Qeyd edək ki, hazırda bütün fakt və təfərrüatlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Daha ətraflı “Xəzər Xəbər”in videomaterialında:

***

14:12

Sosial şəbəkələrdə "Vital Hospital"da ölü doğulan uşağın zirzəmiyə atılması ilə bağlı iddialar yayılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindıən Lent.az-a bildirilib ki, sosial media səhifələrində yayılmış məlumatlarla bağlı araşdırma aparılır:

"Daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, bəzi sosial media səhifələrində paytaxtın Yasamal rayonu ərazisində yerləşən “Vital Hospital”la bağlı yayılmış məlumatlar üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır".

Qeyd edək ki, Səhiyyə Nazirliyindən də bildirilib ki, sosial şəbəkələrdə “Vital Hospital”la bağlı yayılan məlumat Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin diqqətindədir.

"Məsələ ilə bağlı araşdırmaya başlanılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb. Araşdırmanın nəticələrinə əsasən ictimaiyyətə əlavə məlumat veriləcək", - açıqlamada qeyd olunub.

***

saat 10:00

Sosial şəbəkələrdə "Vital Hospital"da ölü doğulan uşağın zirzəmiyə atılması ilə bağlı iddialar yayılıb.

Lent.az həmin iddiaları əks etdirən görüntüləri təqdim edir:

Sizin brauzer video tagını dəstəkləmir. Hadisələr

Mənbə: lent.az

Xəbər lenti